BDU-nun müəllimlərinin maaşı artırıldı
Bizi izləyin

Qırmızı.az

BDU-nun müəllimlərinin maaşı artırıldı

2012-ci ildə ali məktəblər arasında ilk dəfə Bakı Dövlət Universitetində bütün kateqoriyaları əhatə etməklə əmək haqlarına artım olub. Bu ildən isə 600-dən çox əməkdaşa şamil olunan artım ümumilikdə 200 manatadək artırılıb. Publika.az-ın məlumatına görə, bu fikirlər Bakı Dövlət Universitetində Bilik günü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

BDU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 520, maksimum 1300 manat təşkil edir. Orta aylıq əmək haqqı isə 800 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli qrant layihələri ilə işləyən bir qrup əməkdaşın universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur. Bu tədris ilində universitetin maliyyə vəsaiti hesabına əməkhaqlarında differensasiya yolu ilə artım planlaşdırılır.

Qeyd edək ki Bakı Dövlət Universitetində 18 min bakalvar, 2 min magistr və doktorant olmaqla 20 mindən çox tələbə təhsil alır.

Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 57 ixtisas üzrə 4269, magistratura pilləsinə 190 ixtisaslaşma üzrə 600, ingilis qruplarına 16 ixtisas üzrə 217, “SABAH” qruplarına 10 ixtisas üzrə 209 tələbə daxil olub. 1-ci kurs tələbələrindən 3 nəfəri Prezident təqaüdünə layiq görülüb. 1-ci kurs bakalavrlardan 250 nəfəri 600-dən yuxarı bal toplayıb və onlardan 3 nəfəri Prezident təqaüdünə layiq görülüb. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 10-dan çox xarici dil tədris olunur.

Bakı Dövlət Universiteti 200-dən çox xarici universitetlə əməkdaşlıq edir.

Tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm