Ali Hərbi Məktəbdə Bilik Günü
Bizi izləyin

Qırmızı.az

Ali Hərbi Məktəbdə Bilik Günü

Sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Publika.az-ın Daxili Qoşunların mətbuat xidmətinə istinadən məlumatına görə, mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olan kursantlara daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun təbrik və tövsiyələrini çatdırıb.

Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatıb. Yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilib. Daxili Qoşunların yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm