ADA Universiteti Şərəf Andı içdi
Bizi izləyin

Qırmızı.az

ADA Universiteti Şərəf Andı içdi

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) yeni dərs ilinin başlaması ilə əlaqədar artıq ənənəyə çevrilmiş rəmzi andiçmə mərasimi keçirilib. Ənənələrinə sadiq qalan ADA əməkdaşları və tələbələr növbəti dəfə Şərəf Andı içiblər.

Belə ki, bu il ADA Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə qəbul olunmuş yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf Andı içib və ADA-nın rektoru, səfir Hafiz Paşayev və Universitetin dekanları tərəfindən “İnam Rəmzi” hesab edilən ADA medalları ilə təltif olunublar.

Publika.az-ın məlumatına görə, bu il ADA Universitetinə daxil olan tələbələrdən 425-i bakalavriat, 129-u magistratura proqramları üzrə qəbul edilib. Bundan başqa, bu il ADA Universitetində mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir daha sonra ADA-da təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbir zamanı ADA tələbələri tərəfindən hazırlanmış video nümayiş etdirilib, Şərəf Kodeksinin və Şərəf Andının əhəmiyyəti ətrafında çıxışlar edilib.

Tədbir ADA-nın rektoru H.Paşayevin nitqi və ADA-nın himninin səsləndirilməsi ilə tamamlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm