Taleh Heydərov Türkiyədə aparılan Azərbaycan təbliğatının səviyyəsindən DANIŞDI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Taleh Heydərov Türkiyədə aparılan Azərbaycan təbliğatının səviyyəsindən DANIŞDI - FOTOLAR

“Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı Azərbaycan və Türk dillərində 40-dan çox kitabların çap olunması nəzərdə tutulur”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov bildirib.

Onun sözlərinə görə, artıq həmin kitabların bir qismi tərcümə olunub.

T.Heydərov deyib ki, 2014-cü ilin sonunadək 5 kitab çap olunacaq:

“Həmin kitabların təqdimatı da olacaq. Mən çox təəssüf edirəm ki, indiyədək Türkiyədə Azərbaycanla bağlı dolğun məlumatları əks etdirən kitablar nəşr olunmayıb. Bu boşluğu, çatışmamazlığı və zəifliyi görərək Azərbaycanla bağlı kitabların çap olunmasına qərar vermişik. Bu kitablar Türkiyədə Azərbaycanın nüfuzunun artırılması məqsədi daşıyacaq”.

T.Heydərov uşaq ədəbiyyatı ilə bağlı yeni nəşrlərin də hazırlandığını söyləyib:

“Bizim “3 alma” nəşriyyat evi yaradılıb. Uşaq dərsliklərinin çatışmamazlığı müzakirə olunan məsələdir. Ona görə də bu cür kitabların çap olunmasına artıq qərar verilib. Dünyanın 5 ən məşhur nəşriyyat evləri ilə müqavilə bağlamışıq və ən məşhur uşaq nəşrlərini Azərbaycan dilinə tərcümə etmişik. Bu da öz növbəsində Azərbaycan uşaqlarının dünya təcrübəsində sayılıb-seçilən və məşhur olan nəşrləri ilə təmin olunmasına öz töhfəsini verəcək”.

Vasif Həsənli

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm