Növbəti əmək yarmarkası keçirildi
Bizi izləyin

Qırmızı.az

Növbəti əmək yarmarkası keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Mədəniyyət Mərkəzində növbəti əmək yarmarkası keçirib. Publika.az-ın məlumatına görə, yarmarkada iş axtaranlara 194 iş yeri təklif olunub.

Abşeron Rayon Məşğulluq Mərkəzinin direktoru Abbas Məmmədov bildirib ki, yarmarkada 12 dövlət və 16 özəl sektora aid müəssisə, həmçinin 1 xarici firma iştirak edib. Bundan əlavə, yarmarkada fiziki şəxslər də öz vakansiyalarını təqdim ediblər.

Yarmarkada 70 nəfər işə göndəriş alıb. Ümumilikdə, yarmarkada 250-dən çox sakin iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm