3 yeni məktəb binası istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

3 yeni məktəb binası istifadəyə verildi

İsmayıllı rayonunda “Bilik günü” geniş qeyd olunub. Rayonun üç kəndinin müəllim və şagirdləri yeni dərs ilini yeni binalarda qarşılayıblar.

Publika.az-ın məlumatına görə, dövlət vəsaiti hesabına inşa olunmuş 380 şagird yerlik Qalınçaq kənd ümumtəhsil məktəbinin, 80 yerlik Şəbiyan ümumi orta və 40 yerlik Külüllü kənd ibtidai məktəblərin binalarında tədrisin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Rayon rəhbərlərinin, təhsil şöbəsi işçilərinin, kənd sakinlərinin iştirak etdikləri mərasimlərdə təbriklər səsləndirilib. Ölkəmizdə, o cümlədən İsmayıllıda təhsilin inkişafına, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırlmasına göstərilən dövlət qayğısından danışılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm