• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bakıda minik avtomobili çəpərə çırpılıb, xəsarət alanlar var

Bakıda minik avtomobili çəpərə çırpılıb, xəsarət alanlar var

Bakıda minik avtomobili çəpərə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “ VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobili deformasiyaya uğrayıb və 2 sərnişin sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:24-də başa çatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR