Oğrular dava saldı: 30 nəfər həbs olundu
Bizi izləyin

Qırmızı.az

Oğrular dava saldı: 30 nəfər həbs olundu

Braziliyanın Rio-de-Janeyro şəhərində - məşhur İpanema çimərliyində kütləvi dava baş verib. Bir qədər qəribə görünsə də, kütləvi qarşıdurmanın səbəbkarı məhz oğrular olub.

Belə ki, dava oğru olduğu ehtimal edilən şəxslərlə çimərliyə gələnlər arasında qeydə alınıb. Dava iğtişaşlara çevrildikdə çimərliyə təhlükəsizlik qüvvələri cəlb olunub. Polis dava edən tərəfləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Çimərliyə gələnlərin çantalarını və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 30 nəfər həbs edilib.

Publika.az-ın "Associated Press"ə istinadən məlumatına görə, şahidlər bildiriblər ki, həmin şəxslərin bir qismi öz çantalarını götürərək, çimərlikdən qaçmağa başlayıb və bununla panika yaradaraq, başqalarının da öz əşyalarını qoyaraq qaçmasına səbəb olub. Dəstənin digər üzvləri isə nəzarətsiz çantaları oğurlayıblar.

Rio-de-Janeyro administrasiyası İponema və digər çimərliklərdə asayişi qorumaq üçün 650-yə yaxın polis cəlb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm