Ehtiyatda olan 10000 nəfərədək hərbi vəzifəli təlimlərə cəlb edilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ehtiyatda olan 10000 nəfərədək hərbi vəzifəli təlimlərə cəlb edilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilib.

Təlimin planına uyğun olaraq, döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm