Ev yandı, sahibi ölü tapıldı
Bizi izləyin

Qırmızı.az

Ev yandı, sahibi ölü tapıldı

Füzuli rayonunda ev yanıb, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1940-ci il təvəllüdlü Babayeva Şakürə Şəfayət qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm