Qırmızı.az
Qazaxıstandan Azərbaycana külli miqdarda qaçaqmal gətirmək istədilər
Azərbaycanın gömrük orqanları tərəfindən ölkəyə Qazaxıstandan külli miqdarda yükün qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu günlərdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçidi” gömrük postunda Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə “Ağdam” gəmisi ilə daxil olmuş yüklərə və həmin gəmiyə gömrük baxışı keçirilərkən, gəmidə işləyən bosmana məxsus olan otaqların birindən içərisində müxtəlif spirtli içkilər olan 19 qutu, gəminin 1-ci mərtəbəsində olan tryumdan qəza çıxışının altından içərisində spirtli içkilər olan 12 qutu, gəminin mühərrik olan bölməsinin boru olan hissəsindən içərisində spirtli içkilər olan 1 qutu, gəminin giriş hissəsində sol tərəfdə yerləşən otaqdan 1 ədəd təzə “Beko” markalı aspirator və tranzit gömrük proseduranda Qazaxstan Respublikasından Gürcüstan Respublikasına gedən sisterna vaqonlarının hər birinin təkərlərininüzərində olan boşluqdan gömrük nəzarətindən gizlədilərək gətirilmiş hər birinin içərisində təxminən 15 kq olan 6 kisə fındıq ləpəsi, müxtəlif markalı spirtli içkilər olan qutular və 1 ədəd təzə “Beko” markalı aspirator aşkar olunub.
Ümumilikdə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ağdam” gəmisindən bəyan olunmayan 6 kisə fındıq ləpəsi yükü, 2 ədəd aspirator və üzərlərində Azərbaycan Respublikasına məxsus aksiz markaları olmayan müxtəlif markalı 231 ədəd şərab, 55 ədəd araq, 16 ədəd likör, 42 ədəd viski yükü aşkar ediblər.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ