Azərbaycanda eşşəklərin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda eşşəklərin sayı azalıb

Azərbaycanda iribuynuzlu heyvanların sayı artıb. 2012-ci ildə onların sayı 2678,2 min baş idisə, bu il 2703,3 min baş olub. Onların 1301,6 min başı inək və camışdır. Qoyunların sayı isə 7979,4 min baş olub. Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2013-cü ildə əvvəlki illə müqayisədə keçilərin, donuzların, quşların sayı artıb. Keçilərin sayında 6.3 min, donuzlarda 0.2, quşların sayı 591.3 min baş artıb.

Atların sayı 0.6 min, eşşəklərin sayı 0.9 min baş azalıb, dəvələrin sayında hər hansı dəyişiklik olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm