Havalar kəskin soyuyacaq
Bizi izləyin

Qırmızı.az

Havalar kəskin soyuyacaq

Bu gün gecədən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında Havanın temperaturu gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm