Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür?

Azərbaycanda əhali ölümünə səbəb xəstəliklər açıqlanıb. Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2013-cü ildə 54383 ölüm baş verib ki, onların 34 379-u qan dövranı sistemi xəstəliklərindən baş verib. 971 nəfər endoktrin sistemin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, 1529 nəfər isə tənəffüs orqanları xəstəliklərindən, 2234-ü travma, zəhərlənmələr və xarici səbəblərin təsiri nəticəsində dünyasını dəyişib.

Ötən il ilk dəfə 1 739 584 nəfərə müxtəlif xəstəliklər üzrə diaqnoz qoyulub. 1 12429 nəfər bəzi infeksion və parazitar xəstəliklərindən, 48 238 nəfər qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunması ilə, hamiləlik, doğuş və zahılıq dövründə 51954 nəfərə, sidik-cinsiyyət sistemi xəstəliklərinə görə 89327 nəfərə, anadangəlmə anomaliyalar, xromosom pozğunluqlarına görə 2796-ə diaqnoz qoyulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm