Qırmızı.az
Siyasi partiyalar 10 min manatdan çox ianə ala bilməyəcəklər
Azərbaycanda xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filial və ya nümayəndəliyi ləğv ediləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsi ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli məlumat verib.
O qeyd edib ki, bu məsələ "Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun
layihəsində öz əksini tapıb. Layihəyə görə, xarici dövlətin
qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin
rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti
göstərilməlidir.
Ә.Hüseynli bildirib ki, "Siyasi partiyalar haqqında" qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, siyasi
partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə
göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən
ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il
ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO