• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

QMİ ehram bağlanması ilə bağlı qadağaya aydınlıq gətirdi

QMİ ehram bağlanması ilə bağlı qadağaya aydınlıq gətirdi

Mətbuatda yayılan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı Miqatda ehram bağlanılması qaydasının ləğvi ilə bağlı qərar qəbul edib. Bu qərar din adamları arasında birmənalı qarşılanmayıb.

QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Publika.az-a açıqlamasında yayılan məlumata aydınlıq gətirib. Onun sözlərinə görə, Həcc ziyarəti zamanı zəvvarların ehram geyinməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər hansı qərar verilməyib.

“Ehramın harda bağlanması ilə bağlı hər hansı qərar yoxdur. İslamda hər şey niyyətlə bağlıdır. İnsanlar niyyət edib qüsul alıb təyyarədə, hətta evində belə ehram geyinə bilər. Bu məsələnin Məhəmməd Peyğəmbərin Miqatda ehram bağlaması ilə əlaqələndirilməsi düzgün deyil. Çünki Peyğəmbər Məkkəyə bir nöqtədən daxil olub və orada geyinib. Indi isə zəvvarlar bir neçə girişdən daxil olur, ona görə də ehramı harda geyinmələrinin fərqi yoxdur. İnsanlar Miqata çatana qədər ehram geyinməlidirlər. Təyyarədə bu barədə elan verilir, qüsulu olanlar orada geyinə bilir”.

M.Payızov artıq zəvvarların qruplara bölündüyünü, rəhbərlərin müəyyən edildiyini deyib. Zəvvarların çantaları hazırdır, orada nələr edəcəkləri barədə bütün məlumatlar verilib.

Qeyd edək ki, Həcc əməllərinin əsas atributlarından biri olan ehram (tikişsiz iki parçadan ibarət Həcc ziyarəti geyimi – K.) bağlamasıdır. Həcc ziyarətinin qaydalarına əsasən Məkkəyə gəlib çatan zəvvar onun əsas girişlərindən birində ehram bağlayır. Bu girişlər miqat adlanır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR