FHN-də tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

FHN-də tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “21 sentyabr Beynəlxalq Sülh Günüdür” mövzusunda dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşları, Ombudsman Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının qərarı ilə rəsmən elan olunmuş yeganə bayramdır. Hər il sentyabrın 21-də BMT baş katibi tərəfindən sülh zəngi vurulur və dünya ictimaiyyətinə müraciət ünvanlanır.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin, FHN Bakı Regional Mərkəzinin əməkdaşları sülhün təmin olunması mövzularında məruzələr təqdim ediblər.

Aparılan müzakirələrdə dünyada sülhün, cəmiyyətdə təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulanıb, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Münaqişənin həllinin tapılmamasının regionda təhlükəsizliyə əngəl olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə nümayiş etdirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Məruzələrdən sonra sülh mövzusuna həsr olunmuş videomaterialların təqdimatı olub.

İlhamə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm