• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq

Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq

Sabahdan Bakının giriş yollarında hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Publika.az-a "Azəryolservis" ASC-dən məlumat verilib.

Sentyabrın 16-sı saat 22:00-dan etibarən Bakıda Azneft meydanından Dövlət Bayrağı meydanınadək, sentyabrın 17-si saat 09:30-dan etibarən Lökbatan dairəsindən Ələt qəsəbəsinədək, sentyabrın 17-si saat 22:00-dan isə Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissələrdə yolda üfüqi nişanlama (xətləmə) işləri aparılacaq.

Bununla əlaqədar adıçəkilən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR