Atasının maşınını qaçırdı, ağır qəza törətdi
Bizi izləyin

Qırmızı.az

Atasının maşınını qaçırdı, ağır qəza törətdi

Atasının avtomobilini qaçıran 16 yaşlı məktəbli ağır qəza törədib.

Nəticədə 4 nəfər ağır xəsarət alıb,1 nəfər isə dünyasını dəyişib.

Publika.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün saat 17 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsində baş verib. İçərisində 5 şagird olan "Vaz 21-011"in idarəetməsini itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı bələdçi lövhəyə çırpıb. Ağır avtoqəza nəticəsində avtomaşın iki hissəyə bölünüb.

Avtomobil sürücüsü ilə yanaşı, sərnişinlər - Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov və Şahin Əsgərov, Dağ Kəsəmən kənd sakini, 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini, 11-ci sinif şagirdi Yusif Salıfov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa Polisi araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm