Qırmızı.az
Bakıda evi yarılan məmur danışdı: "Mənim pulum deyildi" - YENİLƏNİB
Oqtay Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, mənzilindən 200 min dollar oğurlanması həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, mənzilindən cəmi 35 min manat pul, yoldaşına məxsus 6000 min manat dəyərində qızıl oğurlanıb: “Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Dünən mən evdə olmayanda oğurluq edilib”.
***
Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS
PRESS-ə verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi
29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən və ya
şəxslər 200 min dollar oğurlayıblar.
Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı
müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə
basqın edilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
Milli.az-ın məlumatına görə, O.Məmmədov yüksək vəzifəli məmurdur.
O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə
mərkəzində rəis müavini işləyir.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq