Son 10 il ərzində 2900 məktəb tikilib və təmir edilib
Bizi izləyin

Qırmızı.az

Son 10 il ərzində 2900 məktəb tikilib və təmir edilib

Növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək.

Həmin dərsliklər 2016-2017–ci dərs ilində tətbiq olunacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin yeni tədris ilində həyata keçiriləcək islahatlarla bağlı yaydığı məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunacaq.

Yeni tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq “Sağlam təhsil sinfi” fəaliyyət göstərir.

Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə dərsliklərin qəbulu bu il oktyabrın sonunda başa çatır. Təqdim edilən dərslik maketləri noyabr–dekabr aylarında qiymətləndiriləcək. Qalib elan edilən dərsliklər məhdud sayda çap edilərək 2015–ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edillib dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

2015-2016-cı tədris ilindən ölkəmizin 50-dək ümumi təhsil müəssisəsində yeni tipli valideyn-müəllim komitəsinin formalaşdırılması nəzərdə tutulur.

Bu tədris ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.

Ölkə başçısının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı sərəncama əsasən, Regional Təhsil idarələri gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Bu sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcıdır.

Nazirliyin yaydığı məlumatda həmçinin son 10 il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edildiyi bildirilib. Son 30 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm