Toyda döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirdi
Bizi izləyin

Qırmızı.az

Toyda döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirdi

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib.

Hadisə Rayonun Hamaraqışlaq kəndində baş verib.Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Hüseyinov Ceyhun Habil oğlu həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Publika.az -a məlumat verən zərəçəkənin yaxınlarının sözlərinə görə gənclər arasındakı dava söyüş üstündə olub. Belə ki, aralarındakı mübahisəni həll etmək Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyyəsinə bir neçə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb.Həkimlər onun baş nahiyyəsindəki yaralara tikiş atıblar. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub.Hazırda qimən səhhəti nomallaşsa da Ceyhun sərəst danışa bilmir.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aprılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm