• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Toydan qaçan gəlin geri qayıtdı (VİDEO)

Toydan qaçan gəlin geri qayıtdı (VİDEO)

Toyundan əvvəl evdən qaçan qız atası ilə görüşüb.

ANS TV-nin məlumatına görə, təxminən bir ay əvvəl toyuna iki gün qalmış 18 yaşlı Günəş Mənsimovanın Lənkərandan Bakıya qaçması onun nişanlısı kimi ailəsini də məyus etmişdi.

Lənkəran rayonunun Havzava kəndində gəlinsiz toyun çalınmasına səbəb də elə qızın qəfildən yoxa çıxmasıydı. Qaçmasından düz 16 gün sonra bir ailənin Günəşi taparaq ANS-ə gətirməsi isə hər şeyin üstünü açdı. “İç xəbər”ə müsahibəsində qız oğlanı sevmədiyini, çoxsaylı təzyiq və zorakılığa məruz qaldığından kənddən şəhərə pənah gətirdiyini dedi. Bildirdi ki, burada qalmaq və təhsil almaq istəyir. Bütün olanlardan sonra isə ANS -in “Adam içində” verilişinin kollektivi evdən qaçan qızı atası ilə görüşdürməklə yanaşı, həm də onları barışdırıb. Amma bununla hər şey bitmir. Əvvəlki açıqlamasında gəlninin toya iki gün qalmış qaçmasının günahını həyat yoldaşı və qızında olduğunu deyən ata bu dəfə studiyaya gələrək hər kəsi şoka salacaq açıqlamalar verdi.

Bəyin atası Fəxrəddin Həsənovun sözlərinə görə, gəlin Mərkəzi Bankın yanında onun bacısının evində qalıb: "Bəs, valideyn düşünmürüdü ki, onlar kəbin kəsdirmişdilər, bircə Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ), yəni nikaha daxil olmaq qalırdı. 18 yaşı tamam olmamış qızı niyə buraxırdı ki, oğlanla bir yerdə qalsın burda".

Bu cür açıqlamanın ardından ata, oğlunun hələ də Günəşi sevdiyini və onlara təzədən toy çaldırmağa hazır olduğunu bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR