• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ədliyyə orqanlarına qəbul üçün müsabiqə keçirilir

Ədliyyə orqanlarına qəbul üçün müsabiqə keçirilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası hazırda növbəti müsabiqə üzrə namizədlərlə fərdi qaydada söhbət keçirir. Bununla belə, ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq yeni açıq müsabiqə elan edilir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini 2014-cü il sentyabrın 17-dən etibarən aşağıda göstərilən ünvanlarda təqdim edə və ya nazirliyin elektron poçtuna (contact@justice.gov.az) göndərə bilərlər:

- Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1, tel.: 538-01-62, 538-08-15);
- Şəki Regional Ədliyyə Şöbəsində (Şəki şəhəri, 20 yanvar küçəsi 94, tel.: (02424) 4-32-18);
- Sumqayıt Regional Ədliyyə Şöbəsində (Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11, tel.: (01865) 4-50-91);
- Şirvan Regional Ədliyyə Şöbəsində (Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, tel.: (02121) 5-15-66);
- İmişli Regional Ədliyyə Şöbəsində (İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, tel.: (02124) 6-26-94);
- Xaçmaz Regional Ədliyyə Şöbəsində (Xaçmaz şəhəri, H.Əliyev prospekti 17, tel.: (02332) 5-18-88);
- Göyçay Regional Ədliyyə Şöbəsində (Göyçay şəhəri, Nizami küçəsi 111, tel.: (02027) 4-13-10);
- Lənkəran Regional Ədliyyə Şöbəsində (Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15, tel.: (02525) 4-26-72);
- Bərdə Regional Ədliyyə Şöbəsində (Bərdə şəhəri, H.Əliyev prospekti 77, tel.: (02020) 5-43-07);
- Şəmkir Regional Ədliyyə Şöbəsində (Şəmkir şəhəri, H.Əliyev prospekti 2, tel.: (02230) 5-48-81);
- Gəncə Regional Ədliyyə Şöbəsində (Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, tel.: (022) 54-45-15)

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını internet səhifəmizdən (www.justice.gov.az), nazirlikdə və ya regional ədliyyə şöbələrində əldə etmək mümkündür.

Qaydalara əsasən, test imtahanından uğur qazanan namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR