Şimal və qərb rayonlarına leysan yağıb
Bizi izləyin

Qırmızı.az

Şimal və qərb rayonlarına leysan yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti gün ərzində ölkə ərazisində dünən axşam saatlarından müşahidə edilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub.

Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib. Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm