Qırmızı.az
Azərbaycanda soyadlarla bağlı yeni TƏKLİFLƏR
Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi məcburi qaydada həyata keçiriləcək. Bu sonluqlarla bağlı 6 təklif var ki, onlar da Nazirlər Kabinetinə təklif edilib.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərovun sözlərinə görə, yeni layihədə nəsildən birinin adının yeni soyad kimi götürülməsinə icazə verilir. Sadəcə? ailədəki bütün uşaqlar həmin soyadı daşımalıdırlar. Nazirlər Kabinetinə təklif edilən layihədə bu məsələ yeni doğulmuşlara aid edilir.
Təkliflər sırasında soyad sonluqlarının lı, li, lu, lü, zadə, oğlu, soy və gil, sonluqsuz formaları yer alıb.
Hazırda qüvvədə olan “qızı” soyad sonluq forması yeni layihədə təklif olunmayıb və gələcəkdə soyad sonluğu kimi işlənməyəcək.
O, milli soyad formalarının məcburiləşdirilməsi ehtiyacından da danışıb.
“Müstəqillikdən 20 ildən çox vaxt keçsə də, əhalinin 80%-nin soyad sonluğu ov, yev qalıb. Bu o demək deyil ki, insanlar bunu könüllü şəkildə edir. Sadəcə, bu inersiyadır, bəzi adamlar soyad formasını dəyişdirməyə tənbəllik edirlər. Qanunlar soyad sonluqlarını dəyişdirməyə icazə versə də, insanların təşəbbüsləri az olur. Lakin bundan sonra yeni doğulmuşlarda təklif olunan soyad sonluqlarından istifadə edilməsi məcburi olacaq. Bakinski, Şuşinski kimi soyadlarla bağlı mübahisələr hələ də qalmaqdadır. Bu soyadı daşıyanlar sonluqlardan imtina etmək istəmir. Tövsiyələrdə sonluqların dəyişdirilməsi qəti şəkildə qeyd edilir. Bütün hallarda soyadlarla bağlı mübahisələri məhkəmələr həll edə bilər”.
N.Cəfərov bildirib ki, hazırda vətəndaşlar 80%-i ov, yev, 10%-i zadə, 10%-i lı sonluqlarını qəbul edir. Yəni biz bir neçə variant təklif etsək də, insanlar hansı sonluğa maraq göstərirlərsə, onu da seçəcəklər. Təhlillərlə göstərir ki, hazırda əsas maraq lı və zadə sonluqlarınadır. Onun fikrincə, soyadların sonluqsuz olması variantı da daha çox qəbul edilənlər sırasında olacaq.
Gülxar
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...