“Hilton Baku”nu partlatmaq istədilər...
Bizi izləyin

Qırmızı.az

“Hilton Baku”nu partlatmaq istədilər...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Hilton Baku” otelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 03:28-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm