Bakıda gülçülərin yarışı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda gülçülərin yarışı keçiriləcək

Bakıda ən yaxşı gülçülərin yarışı keçiriləcək.

Bu sahədə illərdir çalışanlar bir araya gəlib öz məharətlərini göstərəcəklər. “Wedding Art House” şirkətinin təşkilatçılığı ilə baş tutacaq yarışda iştirakçılar bir neçə çətin mərhələlərdən keçəcəklər. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Şirkətin rəhbəri Nigar Məmmədova bildirib ki, bu yarışda özünə və əməyinə güvənən hər kəs iştirak edə bilər:

“Ola bilər, elə adam var ki, gülçülük sahəsində tanınmır. Yəni onun böyük gül salonu və tanınan xidməti yoxdur. Amma öz bağında, bağçasında eksklüziv çiçəklər yetişdirir. Onun becərdiyi güllər fərqli olduğu üçün işləri də fərqli olacaq. Biz belə adamları da tapıb üzə çıxarmaq istəyirik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm