• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İmişlidə heyvanlar arasında xəstəlik yayılıb

İmişlidə heyvanlar arasında xəstəlik yayılıb

Virus mənşəli xəstəlik İmişli rayonunda son bir neçə gün ərzində müşahidə olunmağa başlayıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, heyvan bu virusa yoluxduqda dərisində yumru vəzlər əmələ gəlməyə başlayır. Daha sonra yemdən kəsilir.Sonda isə bu əlamətlər heyvanın tələf olması ilə nəticələnir.

Artıq İmişli rayonunun Ağaməmmədli kəndində sakinlərə məxsus heyvanlar arasında tələf olma halları da qeydə alınıb.

Xəstəlik sözügedən kənddə, demək olar ki, kütləvi hal alıb. Marqlıdır ki, mövcud xəstəlik bir çox heyvanlarda tam başqa simptomlarla özünü büruzə verir. Belə ki, sağlam heyvanın öncə süd vəziləri şişir və ardınca heyvanda ümümi zəiflik yaranmağa başlayır. Bu zaman heyvanlara təcili vitaminlər vurlmazsa, onların tələf olması qaçılmaz olur.

İmişli rayon Baytarlıq idarəsindəndən bu xəstəliyin son bir neçə gündə müşahidə olunduğu bildirilib. Bununla əlaqədar artıq baytarlar xususi avadanlıqlarla və çiləyici aparatlarla dezinfeksiya işlərinə başlayıb.

Qeyd edək ki, xəstəlik bir müddət əvvəl qərb və cənub rayonlarındakı heyvanlar arsında da müşahidə olunub. Virus mənşəli xəstəlik ağcaqanadlar vastəsilə heyvandan heyvana keçir.

Rəhman

Xəbər lenti

DAHA ÇOX XƏBƏR