Qadınları zorlayan şairin qətl işində yenilik
Bizi izləyin

Qırmızı.az

Qadınları zorlayan şairin qətl işində yenilik

Bakı Ağır Cinayətlər Məhkəməsində, iş adamının ölümündə təqsirli bilinən Aydın Rüstəmov və Şahvələd İmanovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, ötən il, mayın 16-da Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 72 saylı ünvanın qarşısında, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov “Şəms” MMC-nin rəhbəri Mirəli Həqzadəni öldürüb.

Şahvələd İmanov cinayəti törədəndən sonra yaşadığı Göygöl rayonuna qaçsa da, mayın 27-də həbs edilib. İstintaq zamanı sifarişi Bakı şəhər sakini Aydın Rüstəmovun verdiyi məlum olub.

Aydın Rüstəmov iş ortağı olan Mirəli Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olduğunu öyrənib. Bundan sonra araşdırmalar aparan Aydın Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və Mirəli Həqzadəni rüsvay etmək qərarına gəlib. O, tanışı Şahvələd İmanova külli miqdarda pul verəcəyini deyib və tapşırıb ki, Mirəli Həqzadəni insan içinə çıxa bilməyəcək formada rüsvay etsin.

Şahvələd İmanov da öz növbəsində Mirəli Həqzadənin üzünə çoxsaylı xəsarətlər (“şram”lar) yetirməklə əməlini həyata keçirmək istəyib. Buna görə də Aydın Rüstəmov Şahvələd İmanova 70 min manat verəcəyini vəd edib. Şahvələd İmanov aldığı sifariş əsasında mütəmadi olaraq Mirəli Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb. O, mayın 16-da, Həqzadənin idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yaşadığı evin həyətinə gəldiyini görüb.

Bu zaman Şahvələd İmanov Mirəlinin üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Mirəli Həqzadə, göstərilmiş tibbi yardıma baxmayaraq, aldığı ağır bədən xəsarətlərindən keçinib.
İstintaq zamanı Həqzadənin ölümündən əvvəl Bakı şəhərində bir neçə qızı zorladığı müəyyən edilib.

Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də qeyd edilir. Ölümündən bir neçə gün əvvəl Həqzadə tanışlarının yanında deyibmiş ki, bu əməllərinin üstündə bir gün onu öldürəcəklər. Mirəli Həqzadə barəsində Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən bir neçə il əvvəl cinayət işi başlanıbmış.

Ən dəhşətli məqamlardan biri isə Mirəli Həqzadənin qeyri-rəsmi nikahda yaşadığı qadına etdikləri olub. O qeyri-rəsmi şəkildə yaşadığı qadını məcburi şəkildə başqa kişilərlə görüşdürürmüş. Özü isə kənardan bu “tamaşa”nı seyr edirmiş. Onun həmin qadınla görüşdürdüyü kişilər arasında yaxın qohumlarının da olduğu qeyd edilir. Ən maraqlısı odur ki, Həqzadə şeir də yazırmış.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə tərəflər təkrar məhkəmə tibbi ekspertizasının təyin olunması ilə bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin edib və təkrar məhkəmə tibbi ekspertizası təyin olunması barədə qərar qəbul edilib. Ekspertizanın rəyi açıqlanana kimi məhkəmə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm