Komitə sədri əcnəbi adlara olan maraqdan danışdı
Bizi izləyin

Qırmızı.az

Komitə sədri əcnəbi adlara olan maraqdan danışdı

Milli Məclisdə adlar və soyadlarla bağlı qanun layihəsinin hazırlanması planlaşdırılır. Bu sənəddə ad necə qoyulmalıdır, necə yazılmalıdır və s. kimi məsələlər əks olunacaq.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.

O, hazırda ad qoyulması ilə bağlı vəziyyətin pis olmadığını bildirsə də, dilimizdə əcnəbi adların çoxalmasından narahatdır.

“Tarix boyu Azərbaycanda ad qoyma mədəniyyəti olub. Lakin müəyyən dövrlərdə Hüseynəli, Həsənqulu kimi mürəkkəb adların qoyulması adət halını alıb. Lakin artıq bu adlar köhnəlib və zamanla onlardan imtina edilib. Bir müddət Sovet dövrünün təsirindən Sovet, Voyna kimi adlar qoyulurdu”.

Komitə sədri dilimizə Türkiyə türkcəsindən adların keçməsinə də münasibət bildirdib. Onun sözlərinə görə, dilimizə Türkiyə türkcəsi, qazax, qırğız və digər türkdilli ölkələrdən yaxşı adlar keçə bilər.

“Lakin bir çox hallarda dilimizə Türkiyə türkcəsindən elə adlar keçir ki, onların mənası bilinmir. Həmçinin son vaxtlar geniş yayılan Avropa mənşəli müasir adlar da özünü doğrultmur. Xarici ölkələrlə əlaqələr inkişaf etdikcə, kişilərin əcnəbi qadınlarla ailə qurması ehtimalları artır. Həmin qadınlar uşaqlarına Aleksandr və s. bu kimi adların qoyulmasını tələb edəcək. Bu, qarşısı alınmaz prosesdir. Qanun qəbul etməklə bu məsələni tənzimləyə bilmərik. Bunu cəmiyyət özü müəyyənləşdirməlidir”.

Millət vəkili bildirib ki, əcnəbi adlara maraq yalnız insanlara münasibətdə deyil, ictimai yerlər, mağazalar, restoranlara münasibətdə də özünü büruzə verir ki, bu da müasir və beynəlmiləl görünmək istəyi ilə əlaqədardır. Onun fikrincə, bu məsələni də qanunla yox, daha çox milli ruhu qaldırmaqla tənzimləmək lazımdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm