19 ildən sonra qızının başqasından olduğunu öyrəndi - AİLƏ DRAMI
Bizi izləyin

Qırmızı.az

19 ildən sonra qızının başqasından olduğunu öyrəndi - AİLƏ DRAMI

Türkiyədə film kimi həyat hekayəsi gün üzünə çıxıb.

Publika.az xəbər verir ki, xərçəng xətəliyi ilə mübarizə aparan 1 uşaq atası sonda bu xəstəliyə qalib gəlib. Daha sonra isə o, ikinci övladının olması üçün həkimə gedib. Ancaq həkim müayinəsindən sonra onun sonsuz olduğu ortaya çıxıb. Ata və qız bu dəhşətli həqiqəti öyrəndikdən sonra intihara cəhd ediblər. Bir müddət sonra ata və qız evi tərk edib.

Türkiyənin İzmir şəhərində yaşayan 45 yaşlı A.T. 20 il əvvəl L.T. ilə ailə qurub. Bu izdivacdan bir övladı olan A.T. 3 il əvvəl xərçəng xəstəliyinə tutulub.

3 ay xəstəxanada müalicə alan A.T. sağalaraq evə buraxılıb. Uzun müddətdir ki, ikinci dəfə ata olmaq arzusunda olan A.T. həkimə müraciət etmək qərarına gəlib.

Müayinə zamanı isə A.T. anadan gəlmə sonsuz olduğunu öyrənib. Göz yaşına boğulan A.T. həyat yoldaşından gerçəyi öyrənib: "Qızın T.T. başqasının övladıdır". Baş verənlərdən sonra şoka düşən ata və 19 yaşlı qızı dərman içərək intihara cəhd edib. Xəstəxanaya yerləşdirilən hər ikisinin həyatı xilas edilib.

Boşanmaq üçün məhkəməyə müraciət edən A.T. ilk prosesdə həyat yoldaşından ayılıb. Daha sonra isə A.T. və qızı evlərini tərk ediblər.

Firuzə Muradova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm