“SABAH” qrupları üçün səviyyə imtahanı keçirilib
Bizi izləyin

Qırmızı.az

“SABAH” qrupları üçün səviyyə imtahanı keçirilib

Bu gün Bakı Dövlət Universitetində “SABAH” qruplarına qəbul olan tələbələrin ingilis dili üzrə səviyyə imtahanı keçirilib. BDU-nun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda BDU-nun “SABAH” qruplarına daxil olan 213 nəfər tələbəsi ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin hər birindən 30 tələbə olmaqla, ümumilikdə 273 tələbə iştirak edib.

İmtahan British Council tərəfindən keçirilib, eyni zamanda, prosesi BDU nəzdində yaradılan “SABAH” mərkəzinin nümayəndələri də izləyiblər.

İmtahan nəticələrinə görə tələbələr aidiyyatı qruplara bölünəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm