Şikayət: məktəb direktoru pul yığır
Bizi izləyin

Qırmızı.az

Şikayət: məktəb direktoru pul yığır

Xətai rayonunda yerləşən 138 nömrəli məktəbin direktoru hər sinifdən 500 manat pul yığır.

Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Onlar yeni dərs ilinin hələ təzə başlamasına baxmayaraq, məktəbin direktoru Mirfaiq Mirabbas oğlu Mirheydərlinin özbaşınalığından cana gəldiklərini deyirlər.

Valideynlərin sözlərinə görə, direktor məktəbdə reketliklə məşğuldur:

“Direktor Mirfaiq müəllim deyir burada mənəm, Bağdadda kor xəlifə. Məktəbdə hər sinifdən 500 manat pul tələb edir. Müəllimlər də məcbur olub bunu uşaqlardan yığır. Hələ təhdid də edir ki, verməsəniz, sinifləri ikinci növbəyə keçirərəm. Heç kəsi nəzərə almır. Məktəbdə imkanı olan da var, olmayan da. Axı haradan tapsınlar bu qədər pulu?”

Valideynlər bu etirazlarını sosial şəbəkədə də bildiriblər və əlaqə nömrəsi qoyublar.

Rəsmilərin münasibətini öyrənməyə çalışırıq...

Valideynlərin Axar.az-a verdiyi məlumata görə, hazırda məktəbin direktoru bu məsələ ilə əlaqədar iclas keçirir. Məktəbdə təhsil alan bütün şagirdlərin valideynləri təcili iclasa dəvət olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm