ASAN könüllülərindən yeni layihə: “Peşəm gələcəyimdir”
Bizi izləyin

Qırmızı.az

ASAN könüllülərindən yeni layihə: “Peşəm gələcəyimdir”

1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşəm gələcəyimdir” layihəsi təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev, Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin baş məsləhətçisi və layihənin ideya müəllifi Orxan Oruczadə, Bakı Dövlət Universitetinin doktorantı və layihənin koordinatoru Səyyarə Yusubova və “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı iştirak edib.

Layihənin əsas məqsədi abituriyentlərə, eyni zamanda digər şəxslərə düzgün peşə seçimində yardım etməkdir.Layihə çərçivəsində yaradılmış www.ixtisas.az saytı gənclərə öz qabiliyyət və bacarıqlarına uyğun ixtisas seçmək imkanı verir.

Qonaqlar ixtisas seçimində insanın potensial qabiliyyətləri və bacarıqlarının əhəmiyyətini, bu cür hallarda psixoloji diaqnostik testlərin rolunu qeyd ediblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm