Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olundu
Bizi izləyin

Qırmızı.az

Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olundu

Cəlilabad rayonunun Üçtəpə kəndndəki Polutəpə qədim yaşayış məskənində aparılan son arxeoloji qazıntılar zamanı Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olunub.

Phblika.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, dördbucaq şəkilində aşkar olunmuş tikililərin bünövrəsi kiçik olsa da qədim insanların burda yalnız yatmaq məqsədi ilə istifadə etdiyi güman olunur. Qazıntılar zamanı yaşayış evlərinə bitişik yerdə inşa olumuş nəhəng tikilinin qalıqları da aşkar olunub.Ilkin ehtimala görə sözügedən tikili qədim insanların ibadət məkanı ola bilər.

Arxeoloji ekspedisiya muğan mədniyyətinə aid çoxkülfəli nəhəng dulus sobaları da aşkar edib. Bu ailmlərə qədim insanların saxsı qabalarının istehsalı zamanı istifadə etdikləri texnalogiyanı öyrənməyə imkan verəcək.

Tapılmış bir çox boya saxsı məmulatlarının Müasir İraq Ərazisində tapılan eyni dövr maddi mədəniyyət nümünələri ilə oxşar olması yerli xalqların yaxın və orta şərq xalqları ilə yaxından əlaqə olduğunu sübut edir.

E.Ə V minilliyin sonunu əhatə edən son neolit dövrü ilə bağlı digər maralı tapıntı isə yaşayış evlərində xüsusi dəfn adətləri ilə basdırılmış uşaq və yaşlı insan qəbirlərinin aşkar olunmsıdır. Qazıntılar zamanı 7 min il budan əvvələ aid buğda qalıqlarının tapılması yerli tayfaların sənətkarlıqla yanaşı kənd təsərrüfaı ilə də geniş məşğul olduğunu göstərir.

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayş məskənində 4-cü mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir.Toplanmış nümünələr arxeologiya və etnoqrafiya institunda araşdırılacaq.

Tapıntılar xeyli zəngin olduğundan bura xarici mütəxəssislərin də cəlb olunması istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm