“Ərsin müqaviləsi”ndə arxeoloji tədqiqatlar
Bizi izləyin

Qırmızı.az

“Ərsin müqaviləsi”ndə arxeoloji tədqiqatlar

2002-2005-ci illərdə bu vaxtadək elmə məlum olmayan 41 sahədə geniş miqyaslı arxeoloji qazıntı işləri aparılıb. Bu barədə Publika.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitununelmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli məlumat verib. Onun sözlərinə görə,ekspedisiya Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərlərinin tikintisi dəhlizində həyata keçirilib.

Gəncə-Qazax bölgəsindəki bu sahələrdə tarixin müxtəlif mərhələlərinə aid qədim yaşayış məskənləri, kurqan, torpaq, daş örtüklü, küp, taxta qutu tipli yüzlərlə qəbir abidələri tədqiqatlara cəlb edilib. Tədqiqatlar xalkolit dövrünə (e. ə. IV minillik) aid Leylatəpə mədəniyyəti, tunc dövrünə (e. ə. III-II minilliklər ) aid Kür-Araz, Təzəkənd, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinə məxsus abidələri, eyni zamanda antik və orta əsrlər dövrləri abidələrini əhatə edib. Nəticədə Azərbaycanın zəngin tarixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunələri aşkar edilib. Bu tapıntılar əsasında Azərbaycanın qədim dövr təsərrüfat həyatı, mədəni-iqtisadi əlaqələri, sənətkarlıq sahələri, dəfn adətləri və s. məsələlərin araşdırılması üçün mühüm elmi informasiya bazasını təşkil edir.

“Əsrin müqaviləsi” əsasında həyata keçirilən BTC və CQ layihələri çərçivəsində aparılan arxeoloji qazıntılar 90-cı illərdə arxeologiya elmində hökm sürən durğunluğun aradan qaldırılması üçün mühüm addım olub. Bu qazıntılar nəticəsində aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələrinin elmi interpretasiyası Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salıb. Qazıntılar zamanı əldə edilmiş arxeoloji materiallar əsasında dissertasiyalar müdafiə edilib, elmi monoqrafiyalar və çoxsaylı məqalələr nəşr olunub. Minlərlə arxeoloji tapıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün hələ uzun illər bir mənbə kimi öz aktuallığını saxlayacaqdır.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərlərinin tikintisi dəhlizininin tikintisi “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm