• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bilik Fondu 20 məktəbi qardaşlaşdırdı

Bilik Fondu 20 məktəbi qardaşlaşdırdı

“Prezident yanında Bilik Fondunun məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır”. Publika.az-ın məlumatına görə, bunu Fondun icraçı direktoru Oqtay Səmədov bildirib.

O qeyd edib ki, vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir.

“Fəaliyyətimizdə sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılır, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılır. Fondun “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən layihələri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, əsasən bölgə əhalisinin, o cümlədən məktəblilərin maariflənməsində müstəsna rol oynayıb. Bu sırada “Qardaşlaşmış məktəblər” layihəsini xüsusi vurğulamalıyıq. “Qardaşlaşmış məktəblər” layihəsi ölkəmizin müxtəlif bölgələrində olan 20 məktəbi qardaşlaşdırıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda 2 gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib”.


O. Səmədovun sözlərinə görə, sentyabrın 15-də Fondun ekspert-alimləri, xarici ölkə səfirləri 70-ə qədər məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə deyiblər.

“Fondun monitorinq qrupunun ilkin araşdırmasından məlum olub ki, mühazirələr həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Proses bütün məktəbləri əhatə edənə qədər davamlı olacaq. Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də “Dini abidələrdə tarixin izləri” layihəsidir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, müəyyən bərpa işləri aparılacaq. Bununla yanaşı, Bilik Fondu “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” və başqa layihələrə də başlayır. Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub. Fond fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qurur”.


İcraçı direktoru onu da vurğulayıb ki, gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq. “Yaxın günlərdə Fondun Bülleteni dərc olunacaq, dövrü mətbu orqanı olan elmi-kütləvi dərgi işıq üzü görəcək”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR