• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qənirə Paşayeva medalla təltif edildi

Qənirə Paşayeva medalla təltif edildi

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Respublikasının Başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu” İB-nin başçısı Qənirə Paşayeva, muxtar respublika başçısı tərəfindən medalla təltif edilib.

Medalı Qənirə Paşayevaya təqdim edən M.Formuzal “...uzun illərdir tanıdığım Azərbaycanlı bacımızı burada görməkdən çox şadıq” deyib, onu bu medalla təltif etməkdən və medalı şəxsən təqdim etməkdən son dərəcə məmnun olduğunu bildirib.Millət vəkili Q.Paşayevanın Qaqauz Yeri və Qaqauz türklərinə böyük sevgi ilə yanaşdığını deyən M.Formuzal onun hər zaman könüllü bir elçi kimi Qaqauz Yerinin və qaqauzların hər yerdə daha geniş tanınmasına, tanıdılmasına dəstək verdiyini deyib.

Bir Azərbaycanlı millət vəkilinin, QHT başçısı və ziyalısının Qaqauz Yerinə, qaqauzlara, ümumən Türk Dünyasına sevgisini, diqqətini təsadüfi saymayan Qaqauz lideri, bunun tarixi və siyasi əsaslarının olduğuna diqqət çəkib. Azərbaycanın ümumumilli lideri, Türk Dünyasının birliyi yolunda böyük işlər görmüş Heydər Əliyevin hər zaman Qaqauz Yeri və Qaqauz türklərinə böyük dəstək verdiyini xatırladan cənab Formuzal, bu siyasətin Azərbaycan Prezidenti və Qaqauz türklərinin əziz qardaşı və dostu İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmunluğunu bildirərək, Azərbaycana, Azərbaycan Prezidentinə bir daha təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayevanı uzun illərdir tanıdığını deyən M. Formuzal onun nəinki Azərbaycanda, bütün Türk Dünyasında tədbirlərdə, konfrans və toplantıarda Qaqauz türklərinin həqiqətlərini söyləməsini, yaymasını qiymətləndirdiklərini deyib. Millət vəkilini Qaqauz Yerində görməkdən çox məmun olduğunu deyən Başqan Formuzal, onun gələcəkdə də qaqauzların yanında olacağına və Azərbaycanla, Türk Dünyası ilə Qaqauz Yeri arasında işbirliyinin daha da genişlənməsinə töhfələr verəcəyinə inandığını deyib.

Belə bir yüksək təltifin – medalın onun üçün böyük bir sürpriz olduğunu deyən millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Başqanı M.Formuzala və bütün Qaqauz türklərinə öz təşəkkürünü bildirib. “Qaqauz türkləri bizim doğma qardaş-bacılarımızdır və onların dünyada daha geniş tanıdılması, həqiqələtlərin daha geniş yayılmasından, əlaqələrimizin daha da inkişafına qədər əlimizdən nə gəlirsə etməyi özümə bir borc bilirəm. Dəyərli başqan və eyni zamanda dəyərli qardaşımız, dostumuz Mixail Formuzala özəlliklə təşəkkür edirəm” deyən Qənirə Paşayeva, “Qaqauz qardaş-bacılarım bu günə qədər oduğu kimi bundan sonra da məni özlərinin könüllü eçilərindən biri bilsin” deyərək, bu medala layiq görülməsini özünə böyük şərəf saydığını bildirirək, bir daha təşəkkür edib, bu şərəfin özü ilə yanaşı böyük məsuliyyət də gətirdiyini qeyd edib: “Bu medalı gözəl duyğularla daşıyacağam.

Bir daha təşəkkür edir, etimadınızı doğrultmağa çalışacağıma söz verirəm”. O, Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı yazdığı tanıtım kitabını bu ilin dekabr ayında tamamlayacağını və Qaqauz türkləri üçün önəmli bir tarixi gün olan 23 dekabrda təqdim etməyi düşündüyünü deyib. Kitabın həm Azərbaycan həm də Türkiyə türkcəsində (uyğun olaraq, Azərbaycanda və Türkiyədə) nəşr olunacağını deyib.

O bildirib ki, Karabük televiziyasının rəhbəri və jurnalist Şükrü Gökkaya ilə birlikdə hazırladıqları və başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən dəstəklənən Qaqauz Yerini və Qaqauz türklərini tarixi, mədəniyyəti, gələnəyi, həqiqətləri ilə gözəl şəkildə tanıdan sənədli film də dekabrda hazır olacaq, habelə filmin Azərbaycan və Türkiyədə təqdimatı olacaq.Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı Prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə böyük sevgi və dəstəklə yanaşdığını deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə işbirliyinin genişlənməsi üçün böyük potensial olduğunu və getdikcə münasibətlərin daha da inkişaf edəcəyinə inandığını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR