Dairəvi yoldakı qəzada xəsarət alanlardan ikisinin adı məlum oldu - FOTO (YENİLƏNİB-3)
Bizi izləyin

Qırmızı.az

Dairəvi yoldakı qəzada xəsarət alanlardan ikisinin adı məlum oldu - FOTO (YENİLƏNİB-3)

Respublika Klinik Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstəxanaya gətirilən iki yaralıya ambulator yardım göstərilərək evə buraxılıblar. Onlar 37 yaşlı ƏIiyeva Cəmilə İsa qızı və 58 yaşlı Məmmədova Zərifə Məmməd qızıdır.

12:15

Mərkəzi Klinik Xəstəxanaya aparılan 3 xəstə müayinə olunduqdan sonra evə buraxılacaq. Xəstəxanadan bildirilib ki, onların heç birinin xəstəxanada yatmasına ehtiyac yoxdur.

Travmatologiya İnstitutuna qəbul edilən iki yaralının vəziyyəti ağır olduğundan onlar Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına köçürülüblər.

11:52

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, hadisə ilə bağlı təcili çağırış olub. Hal-hazıra qədər 5 nəfər xəstəxanaya aparılıb.

Məlumata görə, 194 saylı avtobusun xəsarət alan sərnişinlərindən 4-ü qadın, 1-i kişidir. Onlardan 3-ü Kliniki Tibbi Mərkəzə, 2-si isə Travmatologiya İnstitutuna yerləşdirilib. Hadisə yerində bir yaralının da olması barədə Təcili Yardıma müraciət olunub. Hələlik yaralının kimliyi məlum deyil.

Amid

11:48

Bakı dairəvi yolunda növbəti ağır qəza baş verib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, "Sədərək" yarmarkası istiqamətində irəliləyən sərnişin avtobusu əks tərəfdən gələn yük maşını ilə toqquşub. Ölən və yaralananlar var.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və onlar yaralıları xəstəxanaya daşıyıblar. Yol bağlanıb.

Qəzanın hansı sürücünün günahı üzündən törənməsi yol polisləri tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm