Qırmızı.az
Nazirin şikayətçilərlə görüş vaxtı dəyişdirildi
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Gəncə şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 26-dan sentyabrın 29-na keçirilib. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 265-11-81 (Gəncə şəhər ƏSMM), (022) 205-42-43 (Göygöl rayon ƏSMM), (022) 275-10-12 (Samux rayon ƏSMM), (022) 215-30-40 (Daşkəsən rayon ƏSMM), (022) 236-21-33 (Tərtər rayon ƏSMM), (022) 257-48-94 (Kəlbəcər rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.
Gülnar Əliyeva
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...