Nazirlik oğurlanan yarım milyondan danışdı - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Nazirlik oğurlanan yarım milyondan danışdı - Rəsmi

“Bunun bizə aidiyyatı yoxdur”.

Bu sözləri “Axar.az”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev deyib. O,nazirliyin yüksək rütbəli məmurunun evindən oğurlanmış yarım milyon vəsaitlə əlaqədar olaraq heç bir şərh verməyəcəklərini bildirib:

“Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Dediyiniz məbləğlə bağlı suala həmin adamın özü cavab verməlidir”.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonu üzrə Sosial Müdafiə Mərkəzinin rəis müavini Oqtay Məmmədovun evindən oğurluq edilib. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinin yaydığı məlumatda oğurluq nəticəsində evdən 200 min dollar, 190 min manat və 150 min manatlıq qızıl-zinət əşyasının aparıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm