Gənc qadın turizmçilər Bakıya toplaşır
Bizi izləyin

Qırmızı.az

Gənc qadın turizmçilər Bakıya toplaşır

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sabah “Qafqaz Point” otelində Gənc qadın turizmçilərin beynəlxalq konfransını keçirəcəkdir.

Qurumdan Publika.az-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Azərbaycanı turizm bölgəsi

kimi təqdim etməklə bərabər, qarşıdan gələn 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində turist axınını stimullaşdırmaq məqsədi ilə təbliğat aparmaqdır.

Qeyd edək ki, konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və MDB ölkələrinin turizm operatorları və beynəlxalq turizm portalının baş redaktorları iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm