• USD 1,7022 0,00% EUR 1,8492 +0,04%
    • GBP 2,1763 -0,13% RUB 0,0305 +0,33%

Türkiyənin bəzi kanalları "Azerspace-1" üzərindən yayıma başladı

Türkiyənin bəzi kanalları "Azerspace-1" üzərindən yayıma başladı

Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ölkənin ilk telekommunikasiya peyki "Azerspace-1" üzərindən yeni türk kanallarının yayımına başlayıb.


Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hazırda "Azerspace-1" üzərindən 11046-H (EU) tezliyində Türkiyənin "Kanal D", "Star TV", "TV 8", "ATV", "Show TV" kanalları yayımlanır.


Qeyd edək ki, hazırda "Azerspace-1" üzərindən yerli "Azərkosmos" və "Teleradio" yayım paketləri ilə yanaşı, "İveriaSat", "UKRKOSMOS", "Əfqan", "USA" yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR