Avtobusların şəhər mərkəzinə girişi məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Avtobusların şəhər mərkəzinə girişi məhdudlaşdırılır

Bakıətrafı qəsəbələrə işləyən avtobusların şəhərə girişi qadağan ediləcək. Bunu Publika.az-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Nəqliyyat Nazirliyinin qərarı var və bu istiqamətdə işlər gedir:

“Belə ki, artıq bu xətlər üzrə işləyən avtobusların siyahısı tərtib edilib. Bir neçə avtobus sahibkarına da bununla bağlı tapşırıq verilib”.

Ə.Cəfərov əlavə edib ki, Bakıətrafı qəsəbələrə işləyən avtobuslar ancaq və ancaq şəhərin giriş hissələrində olan metrostansiyaların yanında dayanacaqlar:

“Məsələn, metronun Əhmədli stansiyasının yaxınlığından Bakıətrafı qəsəbələrə (Maştağa, Bilgəh, Nardaran) hərəkət edən avtobusların son dayanacağı “Koroğlu” metrostansiyasının yaxınlığı olacaq.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm