Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək
Bizi izləyin

Qırmızı.az

Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Publika.az-a “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Məlumata görə, 24-25 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və gələcək perspektivlərin müəyyənləşdirilməsidir.

Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın xarici nümayəndə iştirak edəcəkdir. Bunlar arasında Avropa Şurasının üzv dövlətlərinin və bir sıra digər dövlətlərin ekspertləri, “vahid məkan” prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksək vəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri olacaqdır. O cümlədən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri konfransa qatılacaqlar.

Tədbirin proqramına iştirakçıların qeydiyyatı, açılış sessiyası, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı mövzularda sessiyalar, konfransın yekunlarının icmalı, qrup fotosunun çəkilməsi və “ASAN xidmət” mərkəzlərinə tanışlıq səfəri daxildir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm