• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ombudsmanın nümayəndələri Leyla Yunusun saxlandığı kameraya baxış keçirib

Ombudsmanın nümayəndələri Leyla Yunusun saxlandığı kameraya baxış keçirib

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Milli preventiv qrupun (MPQ) üzvləri (MPQ) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq (İT) təcridxanasında araşdırma aparıblar. Araşdırmada məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Leyla Yunusovanın təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı Müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, L.Yunusovanın saxlandığı kameraya baxış keçirilib, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüşülüb.

Baxış zamanı kameranın şəraitinin standartlara uyğun olduğu, sanitar qovşaq istisna olmaqla, adambaşına 4,3 kvadratmetr sahə düşdüyü, sanitariya qaydalarına riayət edildiyi, kameraya aid gəzinti yerinin (üstü açıq) səhər saat 10:00-dan axşam saat 17:00-dək açıq olduğu, digər vaxtlarda isə pəncərəni açmaqla otağın havasının dəyişdirildiyi müəyyən edilib.

Adlarının mətbuatda çəkilməsini istəməyən həmin təqsirləndirilən şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər.

Təqsirləndirilən şəxslərdən N.H. bəzi kütləvi informasiya vasitələrində onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib, ümumiyyətlə, siqaret çəkmədiyini söyləyib.

L.Yunusova və kamerada olan 3 nəfər digər 2 şəxsin siqaret çəkməsinin onlara narahatlıq yaratmadığını bildiriblər.

Həmin şəxslər L.Yunusova ilə N.H. arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.

Leyla Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırılan zaman məlum olub ki, İstintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.

Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR