Qırmızı.az
Bakıda bəzi çoxmərtəbəli binaların tikintisi dayandırıldı - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə bu gün, sentyabrın 19-da növbəti yoxlamalar aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata
görə, yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus
tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı
üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin
qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin
mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir
şəraitdə işlədikləri aydın olub.
Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər
əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi
və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin
olunmayıblar.
Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək
münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə
cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və
ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin
qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş
yerlərində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin
mühafizəsi sahəsində müsbət meyllərin formalaşmasına səbəb olub. Bu
istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, sentyabrın
15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilməsi ayrı-ayrı iş
yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi
qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların
aradan qaldırılmasına yönəlib. Həftə çərçivəsində DƏMX aidiyyatı
dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə
iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin
mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin
yerindəcə araşdırılması üçün yoxlamalar aparır. İşçilərin əməyinin
mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu,
onların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin olduğu
iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək
dayandırılır.
Gülnar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!