Cəlilabadda yaşı 6 min ildən çox olan tapıntılar aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda yaşı 6 min ildən çox olan tapıntılar aşkarlanıb

Cəlilabadda yaşı 6 min ildən çox olan tapıntılar aşkarlanıb. Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit ekspediyasının rəhbəri Tufan Axundov məlumat verib.

Onun sözlərinə görə, rayonun Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində aparılan son arxeoloji qazıntılar zamanı Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olunub.

“Bir neçə ildir ərazidə tətqiqat aparsaq da, ilk dəfədir ki, ictimai binanın bir hissəsini aça bilmişik. Bu il ilk dəfə kərpicdən tikililər aşkarlamışıq. Muğan mədəniyyətinə aid çoxkülfəli nəhəng dulus sobaları da aşkar edib. Bu sobalar çoxlu saxsı qab hazırlamaq imkanına malikdir. Bu da qədim insanların saxsı qabalarının istehsalı zamanı istifadə etdikləri texnalogiyanı öyrənməyə imkan verəcək. Tapılmış bir çox boya saxsı məmulatların müasir İraq ərazisində tapılan eyni dövr maddi mədəniyyət nümünələrilə oxşar olması yerli xalqların yaxın və orta şərq xalqları ilə yaxından əlaqə olduğunu sübut edir.Tapıntılar e.ə V minilliyin sonunu əhatə edən son neolit dövrünə aiddir. Bu tapıntılar yalnız Muğana aiddir”.

Arxeoloqun sözlərinə görə, tapılan maddi-mədəniyyət nümunələri burada yaşayan xalqların xarici əlaqələrinin olmasını sübut edir:

“Saxsı, daş və müxtəlif mədəniyyət nümunələrindən ibarət əşyalar, təsərrüfat əşyalar, silahlar aşkarlanıb. Burada sümükdən düzəldilmiş bıçaq tutacağı nadir nümunə hesab edilir. Bundan başqa, taxıl tapılıb. Bu da ərazidə yerli mədəniyyə malik əhalinin yaşadığını sübut edir. Onlar bu ərazinin qədim sakinləri hesab edilir. Maddi nümunələr burada yaşayan xalqların Mesopatamiya ilə əlaqələrinin olduğunu təsdiqləyir. İlkin olaraq bəzi əşyalar bu xalqların Orta Asiya xalqları ilə ticari-mədəni əlaqələrinin olduğunu göstərir. Etnik əlaqələrinin olmasını təsdiqləmək üçün zaman lazımdır”.

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayş məskənində 4-cü mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümünələr arxeologiya və etnoqrafiya institunda araşdırılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm