Mahir Şükürova Türkiyədə ömürlük həbs şoku
Bizi izləyin

Qırmızı.az

Mahir Şükürova Türkiyədə ömürlük həbs şoku

Bu il iyunun 9-da Türkiyənin Ədirnə şəhərində azərbaycanlı mafiozlar arasında atışma ilə bağlı istintaq işi yekunlaşıb.

Xatırladaq ki, hadisə yerli vaxtla saat 13:30-da baş vermişdi.

İnsidentin baş verdiyi yerə gələn polislərdən biri Hüseyn İmraq öldürülmüşdü.

Həmin vaxt Ədirnə Polis İdarəsi aralarında 7 azərbaycanlı, 5 türk, rus və ukraynalı olan 15 nəfəri saxladı. Saxlanılan azərbaycanlı “vor zakon”lar bunlar idi - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyb Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38) və Qara Əliyev.

Türk polisini öldürüb qaçan azərbaycanlının kimliyi də hadisədən az keçmiş müəyyənləşdirildi. Həmin şəxs 41 yaşlı Mahir Şükürov idi.

Hazırda istintaq yekunlaşıb. Xəbər verilir ki, prokurorluq bu atışmada ürəyindən vurularaq öldürülən polis zabiti Hüseyn İmrağa atəş açmış Mahir Şükürov barəsində ömürlük həbs cəzası tələb edir. Digər şübhəliləri isə 3 ilə qədər həbs və 5 min türk lirəsi cərimə cəzaları gözləyir.

Xatırladaq ki, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı “vor zakon” Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.

Keçən yay isə Lənkəranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdülər. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər “vor zakon” , “Qoca” ləqəbli Əlibala Həmidov öldürüldü. “Qoca”nın başını beysbol ağacı ilə əzib sonra güllələmişdilər.

Əslində, bütün bu hadisələrin kökündə iki azərbaycanlı “qanuni oğru”nun – Rövşən Lənkəranski ilə Nadir Səlifovun (ləqəbi “Quli”) arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı “qanuni oğru” Əli Heydərov (ləqəbi “Albert Rıjıy”) da qoşulub.

Qeyd edək , “Quli” hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi oğru tacı daşıyan dogma qardaşı Namiq çöldə onun maraqlarını qoruyur.

Türkiyədəki son olay “Quli” ilə “Albert Rıjı”nin klanları arasında baş vermişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm